Dəyərli üzvlər,
9 dekabr 2023-cü il tarixində hər birinizi İsveçin Yöteborq şəhərində sosiallaşmaq və müxtəlif mövzularda maraqlı müzakirələr aparmaq məqsədilə təşkil etdiyimiz “İsveçdə üzvlərimizin III sosial yığıncağı” adlı tədbirimizə dəvət edirik!
Günümüzə Qustav Adolf meydanında toplanaraq başlayacağıq. Oradan şəhərin tarixi, mədəniyyəti və özəl xüsusiyyətləri ilə tanış olmaq üçün Yöteborq Şəhər Muzeyinə üz tutacağıq. Muzeyi ziyarət etdikdən sonra milli mətbəximizin təamları ilə nahar etmək planlaşdırılmışdır. Günortadan sonra film nümayişi ilə birlikdə ziyafət baş tutacaqdır. Sonda isə günümüzü məşhur Liseberq Əyləncə Parkını və burada yerləşən “Christmas Market”-i ziyarət etməklə yekunlaşdıracağıq 🎄❄️
Qeyd edək ki, tədbirdə iştirak ödənişsizdir və tədbir çərçivəsində xərclər (nəqliyyat istisna olmaqla) səfirliyin maliyyə dəstəyi ilə təşkilatımız tərəfindən qarşılanacaqdır.
Tarix: 9 dekabr 2023-cü il
Saat: 10.45 (İsveç vaxtı ilə)
Qeydiyyat üçün keçid: https://forms.gle/u44jVG7GtHVSGmiS7
Qeydiyyat üçün son tarix: 30 noyabr 2023-cü il
Sizinlə görüşü səbrsizliklə gözləyirik!