Dəyərli üzvlər,
Təşkilatımızın İdarə Heyəti üzvlüyünə müraciət müddəti başa çatmışdır.
İdarə Heyəti üzvlüyünə 7 nəfərin namizədliyi qeydiyyata alınmışdır. Aşağıdakı şəxslərin İdarə Heyəti üzvlüyünə namizədliyi təsdiq edilmişdir:
Prezident vəzifəsinə namizəd: Gülgün Fərziyeva
Vitse-Prezident vəzifəsinə namizəd: İlhamə Hüseynova
Marketinq üzrə Direktor vəzifəsinə namizəd: Nəzrin Baxışlı
Sosial Fəaliyyət üzrə Direktor vəzifəsinə namizəd: Məftun Qafarov
Akademik Fəaliyyət üzrə Direktor vəzifəsinə namizəd: Nərmin Abbasova
Yeni Üzvlər və Qeyri-Üzvlər üzrə Direktor vəzifəsinə namizəd: Süsən Rzayeva
Xəzinədar vəzifəsinə namizəd: Aydın Quliyev
IV seçki-hesabat konfransı 12 yanvar 2025-ci il tarixində saat 10:00-dan (İsveç vaxtı ilə) etibarən onlayn qaydada keçiriləcək.
Qeydiyyat üçün keçid: https://shorturl.at/ARRuk
Qeydiyyat üçün son tarix: 11 yanvar 2025-ci il saat 21:00 (İsveç vaxtı ilə)
Hörmətlə,
İdarə Heyəti və Məşvərət Şurası
“İsveç Tələbə və Məzunlar Şəbəkəsi Azərbaycan” İctimai Birliyi