Dear friends,
On February 18, 2023, the event named “II social meeting of our members in Sweden” focused on socializing and expanding relations was held in Lund, Sweden.
The event, consisting of 3 parts, started with a joint lunch and continued with a city tour guided by Gushvar Panahi, a member of the Advisory Council of SSANA. The final part of the event continued with a quiz and various games covering Swedish-Azerbaijani culture, history, and humanitarian relations at the “Hemgården” youth center.
The event was held within the framework of cooperation with the Embassy of the Republic of Azerbaijan in the Kingdom of Sweden, as well as with its financial support.
Mr. Ambassador Zaur Ahmadov participated in the event and exchanged ideas with our members about the existing historical ties between Azerbaijan and Sweden, the active participation of the youth in cultural and humanitarian issues, and future bilateral project initiatives.
We thank the staff of the Embassy of the Republic of Azerbaijan in the Kingdom of Sweden and Mr. Ambassador Zaur Ahmadov for supporting the activities of SSANA, and we wish such projects to continue!
***
Dəyərli dostlar,
18 fevral 2023-cü il tarixində İsveçin Lund şəhərində sosiallaşmaq, əlaqələrin möhkəmləndirilməsi və genişləndirilməsi məqsədilə “İsveçdə üzvlərimizin II sosial yığıncağı” adlı tədbirimiz baş tutdu.
Tədbir 3 hissədən ibarət olmaqla, birgə naharla başladı. Daha sonra Təşkilatımızın Məşvərət Şurasının üzvü Güşvər Pənahinin bələdçiyi ilə şəhər turu çərçivəsində Lundda yerləşən tarixi və mədəni abidələrə ziyarət edildi. Tədbirin ”Hemgården” gənclər mərkəzində baş tutan 3-cü hissəsi İsveç-Azərbaycan mədəniyyətini, tarixini, humanitar əlaqələrini əhatə edən kviz və müxtəlif oyunlarla davam etdi.
Tədbir Təşkilatımızın Azərbaycan Respublikasının İsveç Krallığındakı səfirliyi ilə əməkdaşlıq çərçivəsində və səfirliyin maliyyə dəstəyilə keçirilmişdir.
Tədbirdə cənab səfir Zaur Əhmədov iştirak edərək Azərbaycan-İsveç arasında mövcüd tarixi bağlar, gənclərin mədəni və humanitar mövzularda aktiv iştirakçılığı və gələcək layihə təşəbbüslərilə bağlı tələbə və məzunlarımızla fikir mübadiləsi apardı.
Azərbaycan Respublikasının İsveç Krallığındakı səfirliyinin heyətinə və cənab səfir Zaur Əhmədova Təşkilatımızın fəaliyyətinə göstərdikləri dəstəyə görə təşəkkür edirik və bu kimi layihələrin davamlı olmasını diləyirik!