III social meeting of our members in Sweden

9 dekabr 2023-cü il tarixində İsveçin Yöteborq şəhərində “İsveç Tələbə və Məzun Şəbəkəsi Azərbaycan” İctimai Birliyinin təşkilatçılığı ilə “İsveçdə tələbə və məzunların III sosial yığıncağı” adlı tədbir baş tutmuşdur.

Tədbir “İsveç Tələbə və Məzun Şəbəkəsi Azərbaycan” İctimai Birliyinin Azərbaycan Respublikasının İsveç Krallığındakı səfirliyi ilə əməkdaşlığı çərçivəsində və səfirliyin maliyyə dəstəyi ilə keçirilmişdir.

Tədbirdə İsveçin 8 şəhərindən 40 “İsveç Tələbə və Məzun Şəbəkəsi Azərbaycan” İctimai Birliyinin (ingiliscə adı – “Sweden Students & Alumni Network Azerbaijan”) üzvü iştirak etmişdirlər.

Daha öncə İsveçin Stokholm və Lund şəhərlərində də keçirilmiş ənənəvi tədbirin əsas məqsədi İsveçdə təhsil alan və təhsilini bitirmiş şəxslər arasında əlaqələri genişləndirmək, sosiallaşmaq və müxtəlif əhəmiyyətli mövzular ətrafında müzakirələr aparmaqdır.

Tədbir Yöteborq şəhərindəki Qustav Adolf meydanında iştirakçıların toplaşmağı ilə başlamışdır. İştirakçılar şəhərin tarixi, mədəniyyəti və yerli xüsusiyyətləri ilə tanış olmaq üçün Yöteborq Şəhər Muzeyinə səfər etmişlər. Muzeyi ziyarətindən sonra isə nahar fasiləsində iştirakçılara “Kaukasien” restoranında milli mətbəximizin ləziz təamları təklif edilmişdir.

İctimai Birliyin Məşvərət Şurasının Sədri Rahil Məmmədov, İdarə Heyəti üzvləri Fatimə Taheri və Firuzə Əlizadə tərəfindən iştirakçılara təşkilatın tarixi, fəaliyyət istiqamətləri və keçirilən sosial tədbirlərin məqsədləri barədə məlumat verilmiş, eləcə də Azərbaycan Respublikasının İsveç Krallığında fövqəladə və səlahiyyətli səfiri cənab Zaur Əhmədov təşkilatın fəaliyyəti və tədbirin təşkili barədə təəssüratlarını bölüşmüşdür. Həmçinin cənab səfir gənclərin xüsusilə diqqətdə saxlamalı olduqları məqamları, ölkəmizin inkişafı, bu inkişaf yolunda gənclərin rolu, gənclər siyasəti üzrə mühüm məsələlərə toxunmuş və gənclərin bu sahədə aktiv fəaliyyəti ilə bağlı məmnuniyyətini ifadə etmişdir.

Çıxışlardan sonra “Heydər Əliyev İli – 2023” çərçivəsində çəkilmiş Mikael Silkeberqin “Odin Kodu” adlı filminin nümayişi baş tutmuşdur. Film nümayişindən sonra isə iştirakçılar üçün ziyafət təşkil edilmişdir. Tədbir iştirakçıların məşhur “Liseberg” əyləncə parkını və burada yerləşən Milad Bazarını ziyarət etməsi ilə yekunlaşmışdır.

Share This Post

Subscribe To Our Newsletter

Get updates and learn from the best

Do You Have Questions About Sweden?

drop us a line and keep in touch