Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda etmiş bütün Şəhidlərin xatirəsini ehtiramla yad edirik.
1990-cı il yanvarın 20-də Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına, keçmiş SSRİ rəhbərliyinin qərəzli siyasətinə etiraz olaraq küçə və meydanlara çıxan dinc əhaliyə qarşı qanlı qətliam törədilib.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıya daxil olması nəticəsində 147 nəfər həlak olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs edilib. Sovet qoşunları həmçinin 200 mənzil və evləri, şəxsi və ictimai əmlakı dağıdıblar.
20 Yanvar Azərbaycan xalqının yaddaşında Ümumxalq Hüzn Günü kimi əbədiləşdirilib. Azərbaycanın Ümumxalq Hüzn Günü münasibəti ilə İsveç səfiri Tobias Lorentzson Şəhidlər Xiyabanını ziyarət edərək, “Qara Yanvar” faciəsi qurbanlarının xatirəsini yad etmişdir. O, bu hüznlü gündə Azərbaycan xalqının kədərini paylaşığını qeyd edib.
***
We commemorate with honor the memory of all martyrs who sacrificed their lives for the independence of Azerbaijan.
On January 20, 1990, a bloody massacre was committed against civilians who had taken to the streets and squares in protest at Armenia’s territorial claims against Azerbaijan and the biased policy of the former USSR leadership.
On the night of January 19-20, 1990, 147 people were killed, 744 were injured, and 841 were illegally arrested after Soviet troops entered Baku. The Soviet troops also destroyed 200 apartments, houses, and private and public property.
January 20 is immortalized in the memory of the Azerbaijani nation as a Day of the Nationwide Sorrow. On the occasion of National Mourning Day of Azerbaijan, Ambassador of Sweden Tobias Lorentzson visited the Alley of Martyrs and commemorated the victims of the “Black January” tragedy. He stated that he shared the grief of the people of Azerbaijan on this day of sorrow.