Dəyərli üzvlər,
“Sweden Students & Alumni Network Azerbaijan” təşkilatı olaraq cari İdarə Heyəti yanında müvafiq fəaliyyət istiqamətləri üzrə İcraçı Heyətə üzvlük qeydiyyatını açıq elan edirik!
Məlumat üçün bildiririk ki, İcraçı Heyətin fəaliyyət müddəti müvafiq heyətin təyin olunması barədə Əsas İdarə Heyətinin qərarında göstərilən tarixdən başlayır və növbəti ilin yanvar ayının 31-də bitir. Müvafiq qaydada qeydiyyatdan keçən şəxslərə İcraçı Heyətə təyin olunma proseduru haqqında ətraflı məlumat veriləcəkdir.
İcraçı Heyətin Təşkilatda funksiyası haqqında məlumat almaq üçün Əsasnaməyə keçid edə bilərsiniz: https://rb.gy/pr3eo
Qeydiyyat üçün keçid: https://forms.gle/66Q74zC5vknA5dXt6
Qeydiyyat üçün son tarix: 05 oktyabr 2023-cü il, saat 12:00 (İsveç Vaxtı ilə)
Hörmətlə,
Əsas İdarə Heyəti
Sweden Students & Alumni Network Azerbaijan