Registration for III Annual Social Event

Dəyərli üzvlər,

9 dekabr 2023-cü il tarixində hər birinizi İsveçin Yöteborq şəhərində sosiallaşmaq və birlikdə əyləncəli vaxt keçirmək məqsədilə təşkil etdiyimiz “İsveçdə üzvlərimizin III sosial yığıncağı” adlı tədbirimizə dəvət edirik. 🤩

Tədbir Təşkilatımızın Azərbaycan Respublikasının İsveç Krallığındakı səfirliyi ilə əməkdaşlığı çərçivəsində keçiriləcəkdir. Qeyd edək ki, tədbirdə cənab səfir Zaur Əhmədov və səfirliyin nümayəndələri də iştirak edəcəklər.

Tədbirin proqramı ilə bağlı yaxın zamanda ətraflı məlumat veriləcəkdir. Tədbirdə iştirak ödənişsizdir və tədbir çərçivəsində xərclər (nəqliyyat istisna olmaqla) səfirliyin maliyyə dəstəyi ilə təşkilatımız tərəfindən qarşılanacaqdır.

📅 Tarix: 9 dekabr 2023-cü il
⏰ Saat: 11:00 (İsveç vaxtı ilə)

👉🏻 Qeydiyyat üçün keçid: https://forms.gle/u44jVG7GtHVSGmiS7

‼️ Qeydiyyat üçün son tarix: 30 noyabr 2023-cü il

Üçüncü genişmiqyaslı sosial tədbirimizə hər biriniz dəvətlisiniz.

Sizinlə görüşü səbrsizliklə gözləyirik!

Share This Post

Subscribe To Our Newsletter

Get updates and learn from the best

Do You Have Questions About Sweden?

drop us a line and keep in touch