Registration for III Election – Report Conference

Dəyərli üzvlər,

Təşkilatımızın İdarə Heyəti və Məşvərət Şurası üzvlüyünə müraciət müddəti başa çatmışdır.

İdarə Heyəti üzvlüyünə 7 nəfərin namizədliyi qeydiyyata alınmışdır. Müraciət edənlərdən 6 nəfərin namizədliyi təsdiq edilmiş və namizədliyi təsdiq edilməyən şəxsə bununla bağlı məlumat göndərilmişdir. Aşağıdakı şəxslərin İdarə Heyəti üzvlüyünə namizədliyi təsdiq edilmişdir:

Vitse Prezident vəzifəsinə namizəd: Səidə Abbaslı
Marketinq üzrə Direktor vəzifəsinə namizəd: Günel Əliyeva
Akademik Fəaliyyət üzrə Direktor vəzifəsinə namizəd: Sənəm Cəfərova
Sosial Fəaliyyət üzrə Direktor vəzifəsinə namizəd (1): Günel Abdullayeva
Sosial Fəaliyyət üzrə Direktor vəzifəsinə namizəd (2): İlhamə Hüseynova
Yeni Üzvlər və Qeyri-Üzvlər üzrə Direktor vəzifəsinə namizəd: Nərmin Abdurəhmanova

Məşvərət Şurası üzvlüyünə 5 nəfərin namizədliyi qeydiyyata alınmış və təsdiq edilmişdir: Təyinat proseduru müəyyən edilmiş qaydada həyata keçirildikdən sonra təyin edilmiş şəxslər III seçki-hesabat konfransızamanı elan ediləcəklər.

III seçki-hesabat konfransı 13 yanvar 2024-cü il tarixində saat 10:00-dan (İsveç vaxtı ilə) etibarən onlayn qaydada keçiriləcək.

Qeydiyyat üçün keçid: https://forms.gle/oMSeYvp14zCYSc129
Qeydiyyat üçün son tarix: 12 yanvar 2024-cü il saat 21:00 (İsveç vaxtı ilə)

Hörmətlə,
İdarə Heyəti və Məşvərət Şurası
“İsveç Tələbə və Məzunlar Şəbəkəsi Azərbaycan” İctimai Birliyi

Share This Post

Subscribe To Our Newsletter

Get updates and learn from the best

Do You Have Questions About Sweden?

drop us a line and keep in touch