Training has been launched in Sweden within the Erasmus + project “Establishment of Rectors’ Conference in Azerbaijan”. The seminar’s theme, organised by the Swedish partner of the project, the KTH Royal Institute of Technology (KTH), was “The role of the rectors’ conference in the development of the higher education system.”
Baku Business University is the coordinator of the Erasmus + project “Creation of the Rectors’ Conference in Azerbaijan” funded by the European Commission.
The seminar, hosted by the KTH Royal Institute of Technology (KTH), one of Sweden’s leading universities, is dedicated to establishing a conference of rectors and the study of European experience in the development of higher education. The event is attended by a representative of the Ministry of Education of the Republic of Azerbaijan, 3 rectors, 20 vice-rectors and other leaders of Azerbaijani universities.
The event will be attended by authorized representatives of the Conference of Rectors of Sweden, Lithuania, Finland and Poland, rectors of the Royal Institute of Technology, Stockholm University and The Hague-Helia University of Applied Sciences.
Source: The Azerbaijan State News Agency – AZERTAC
***
“Azərbaycanda Rektorlar Konfransının yaradılması” Erasmus+ layihəsi çərçivəsində İsveçdə təlimlərə start verilib. Layihənin İsveç tərəfdaşı Kral Texnologiya İnstitutunun təşkilatçılığı ilə keçirilən seminarın mövzusu “Ali təhsil sisteminin inkişafında rektorlar konfransının rolu” olub.
Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” Erasmus+ layihəsinin koordinatoru Bakı Biznes Universitetidir.
Rektorlar konfransının yaradılması və ali təhsilin inkişaf etdirilməsi üçün Avropa təcrübəsinin öyrənilməsinə həsr edilən seminara İsveçin nüfuzlu universitetlərindən olan Kral Texnologiya İnstitutu (KTH Royal Institute of Technology) ev sahibliyi edir. Sözügedən tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi, Azərbaycan universitetlərindən 3 rektor, 20 prorektor və digər rəhbər şəxslər iştirak edirlər.
Tədbirdə İsveç, Litva, Finlandiya və Polşa Rektorlar Konfransının səlahiyyətli nümayəndələrinin, Kral Texnologiya İnstitutunun, Stokholm Universitetinin və Haaqa-Helia Tətbiqi Elmlər Universitetinin rektorlarının iştirakı nəzərdə tutulub.